1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra cəmiyyətdə gənclərin rolunu aparıcı qüvvə hesab etdi. Bunun nəticəsi olaraq 1997-ci ildən 2 fevral gününü Gənclər günü elan etdi və bu barədə sərəncam imzaladı. 2 Fevral Gənclər gününün 25 illiyi münasibətilə Azərbaycan Prezidenti Cənab İlham Əliyev bir qrup gənclə görüşdü. Burada o, əsası Ulu Öndər tərəfindən gənclər qarşısında qoyulan strategiyanın uğurla həyata keçdiyini dedi. Azərbaycanın Milli Qəhrəmanı şəhid general Polad Həşimovun qızı Gənclər arasında görüşdə iştirak edirdi. O, Cənab Prezidentə gənclərə, ümumiyyətlə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. 2003-cü ildə prezident seçilən İlham Əliyev gənclərlə bağlı mühüm qərarlar qəbul etdi. 2007-ci ili Gənclər ili elan etdi. 2011 -ci ildə Gənclər Fondu yaradıldı və bu fondun vasitəsilə gənclərin intellektual inkişafına yardımlar edildi. Gənclərin cəmiyyətdəki rolunun öz layiqli qiymətini alması üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü ildə ölkədə “Gənclər üçün Prezident Mükafatı” təsis etdi. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük “Vətən Müharibəsi”ndə istər ön cəbhədə, istərsə də arxa cəbhədə Azərbaycan Gəncliyi öz sözünü dedi. Artıq gənclərlə görüş günləri ərəfəsində cənab prezidentin azərbaycanlı tələbələrin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına magistratura və doktrantura təhsil səviyyəsi üzrə təhsil almaları üçün sərəncam imzaladı. Yaşasın Azərbaycan Gənci! Qarabağ Azərbaycandır!Sevda Əliyeva,Xocalı rayon sakini